Xəzər Xəbər

NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir

Dünya | 11:12 • 21 Yanvar 2020
NATO Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir

NATO bu il Gürcüstanda hərbi kontingent yerləşdirmək niyyətindədir.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hərbi qüvvələrin 2020-ci ildə həyata keçiriləcək "Avropanın müdafiəçisi – 2020” təlim layihəsi çərçivəsində Gürcüstana gətiriləcəyi gözlənilir.


Məlumata görə, layihə çərçivəsində NATO Gürcüstandan əlavə, Baltikyanı ölkələrə, Almaniya və Polşaya da hərbi qüvvələr yerləşdirəcək.


Qeyd edilir ki, təlimlər NATO-nun hərbi gücünün yoxlanılması məqsədi daşıyır.


Təlimlərlə əlaqədar ABŞ Avropaya 20 min hərbiçi göndərəcək. Bu ABŞ-ın son 25 ildə Avropa ölkələrinə göndərdiyi sayca ən böyük qüvvə olacaq. Ən böyük kontingentin isə Polşa ərazisində yerləşdiriləcəyi bildirilir. Ümumilikdə "Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərində 18 ölkədən 37 min hərbi qulluqçunun iştirakı gözlənilir.


Hərbi qulluqçuların və ağır texnikanın yerləşdirilməsinə fevral ayından başlanılacaq.


Təlimlər isə 2020-ci ilin iyun ayında baş tutacaq.

Xəbər lenti