Xəzər Xəbər

20 Yanvar şəhidlərini rəhmətlə anıram Mövlud Çavuşoğlu

Dünya | 15:46 • 20 Yanvar 2020
20 Yanvar şəhidlərini rəhmətlə anıram

Qardaş Azərbaycanın azadlığı uğrunda 30 il əvvəl canlarını qurban verən 20 Yanvar şəhidlərini rəhmətlə anıram.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Facebook" səhifəsində yazıb.

M.Çavuşoğlu Azərbaycan xalqına, faciə zamanı ölənlərin yaxınlarına başsağlığı ifadə edib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 147 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. (trend)

Xəbər lenti