Xəzər Xəbər

Əsəddən şok qərar: Dollarla alış-verişə görə 7 il həbs

Dünya | 16:50 • 20 Yanvar 2020
Əsəddən şok qərar:

Bundan sonra Suriyada milli valyuta (Suriya lirəsi, yaxud funtu) əvəzinə xarici valyuta ilə alış-veriş edənlər 7 il həbsə məhkum ediləcək.

Bununla bağlı Suriya Prezidenti Bəşər Əsəd qərar imzalayıb.

Bununla da ödənişlərdə və ticarət əməliyyatlarında xarici valyutadan istifadəyə sərt qadağa tətbiq edilib.

Cinayət predmeti olaraq xarici valyutada istifadə edilən pul vəsaitləri və mallar müsadirə ediləcək. Cəzanın hər hansı formada yumşaldılması nəzərdə tutulmayıb.

Qeyd edilir ki, Əsəd bununla günbəgün dəyərini itirən Suriya lirəsini qorumağa çalışır./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti