Xəzər Xəbər

Türkiyə-Suriya sərhədində xaos On minlərlə qaçqın ölümlə üz-üzədir

Dünya | 15:32 • 20 Yanvar 2020
Türkiyə-Suriya sərhədində xaos

Suriyanın İdlib şəhərində davam edən toqquşmalara görə, daha 27 min qaçqın Türkiyə sərhədinə köç edib.

Rəsmi Ankaranın dəstəyi ilə qaçqınlar düşərgələrə yerləşdirilib. Bölgədə əlverişsiz hava şəraiti hökm sürdüyünə görə qaçqınların həyatı üçün ciddi təhlükələr var. Ümumilikdə son bir neçə ay ərzində Türkiyə sərhədinə 70 minə yaxın qaçqın köçüb.

Qeyd edək ki, 3 gün əvvəl Suriya ordusu İran və Rusiyanın dəstəyi ilə İdlibin cənub və qərb cəbhələri istiqamətində hücuma keçib./publika.az

Xəbər lenti