Xəzər Xəbər

ABŞ Venesuelanı bu səbəbə görə işğal etmək istəyir ŞOK PLAN açıqlandı

Dünya | 14:21 • 20 Yanvar 2020
ABŞ Venesuelanı bu səbəbə görə işğal etmək istəyir

Venesuela prezidenti Nikolas Maduro ötən ilin aprel ayında təşkil edilən hərbi çevriliş cəhdindən 6 gün əvvəl xəbərdar olub.

Bu barədə dövlət başçısının özü açıqlama verib. O bildirib ki, üsyançıların kimliyini müəyyən etmək üçün onların işinə əngəl törədilməyib. Lakin hərbi çevrilişin qarşısının alınması üçün ciddi hazırlıq görülüb.

Maduronun sözlərinə görə, hərbi çevriliş ABŞ-ın dəstəyi ilə təşkil edilib. "24 saat ərzində üsyan yatırıldı” - deyən Maduro bəyan edib ki, xarici qüvvələrin Venesuelanı ələ keçirmək istəyi ölkədəki zəngin neft yataqları ilə bağlıdır. ABŞ bu yataqlara nəzarəti ələ keçirərsə, neftin qiymətini istədiyi kimi tənzimləyə bilər./publika.az

Xəbər lenti