Xəzər Xəbər

Türkiyənin 7 şəhərində neft axtarılacaq

Dünya | 13:11 • 20 Yanvar 2020
Türkiyənin 7 şəhərində neft axtarılacaq

"Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti Türkiyənin 7 şəhərində neft axtaracaq.


Xezerxeber.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin Neft İşləri İdarəsi (PİGM) TPAO-ya Türkiyənin 7 şəhərində 9 müxtəlif ərazidə neft axtarışına dair lisenziya verib.


Qeyd edək ki, TPAO-nun xaricdəki istehsal fəaliyyətlərində təqribən 77 faizlə ilk yeri Azərbaycandakı layihələri tutur. TPAO "Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələrində 19 faizlik, Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi layihəsində 6,8 faizlik, "BTC Ko.”da isə 6,53 faizlik paya sahibdir.

Xəbər lenti