Xəzər Xəbər

Qocalar evində dəhşətli hadisə 8 NƏFƏR ÖLDÜ

Dünya | 15:13 • 19 Yanvar 2020
Qocalar evində dəhşətli hadisə

Çexiyanın qərbində Veyprti şəhərində qocalar evində baş verən yanğında 8 nəfər ölüb, daha yeddi nəfər xəsarət alıb.

Bu barədə "iRozhla” nəşri Səhiyyə nazirliyinin rəsmisi Prokop Volenikaya istinadən məlumat yayıb.

Qeyd olunub ki, yanğın səhər yerli vaxtla 6:00 da ((Bakı vaxtı ilə saat 09:00) baş verib.

Xəsarət alan üç nəfərin vəziyyəti ağırdır. Ümumilikdə isə qocalar evindən 29 nəfər təxliyə olunub.(Report)

Xəbər lenti