İndoneziyada növbəti güclü zəlzələ qeydə alınıb.
Hadisə dünən axşam İndoneziya arxipelaqının şərqində yerləşən Papua adasında baş verib. Yeraltı titrəyişlər 6 bal gücündə olub.
Qeyd edək ki, yeraltı təkanların episentrinin Abepura yaşayış məntəqəsindən 157 kilometr qərbdə, ocağının 80 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər haqqında hələlik məlumat verilmir./publika.az