Xəzər Xəbər

Çində sabiq məmur korrupsiya əməllərinə görə ömürlük azadlıqdan məhrum edilib

Dünya | 14:39 • 18 Yanvar 2020
Çində sabiq məmur korrupsiya əməllərinə görə ömürlük azadlıqdan məhrum edilib

Çinin Daxili Monqolustan Muxtar Rayonunun sabiq vəzifəli şəxsi 170 milyon yuan (24,7 milyon ABŞ dolları) məbləğində korrupsiya əməllərində təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.


Bu barədə qərarı muxtar rayonun Bayannur şəhərinin xalq məhkəməsi çıxarıb.


Məhkəmə prosesində Hohhot şəhərinin iqtisadi və texnoloji inkişaf zonasının icraçı sədrinin müavini işləmiş Bay Hayçuanın vəzifəsindən sui-istifadə edərək fiziki və hüquqi şəxslərdən nağd pul və bahalı hədiyyələr formasında rüşvət alması, habelə dövlət vəsaitini mənimsəməsi faktları sübuta yetirilib.


Sabiq məmur məhkəmə prosesində qanunsuz əməllərini etiraf edib, rüşvət kimi aldığı əmlakı və pulu dövlətə qaytarıb. Məhkəmə onun şəxsi əmlakının müsadirə edilməsinə də qərar verib. (AZƏRTAC)

Xəbər lenti