Xəzər Xəbər

Ukraynada Baş nazirin gizli səs yazısı ilə bağlı cinayət işi açılıb

Dünya | 09:01 • 18 Yanvar 2020
Ukraynada Baş nazirin gizli səs yazısı ilə bağlı cinayət işi açılıb

Ukrayna Təhlükəsizlik Xidməti Baş nazir Aleksey Qonçarukun müşavirədə səsinin gizli yazılması faktı ilə bağlı cinayət işi açıb.


Xezerxeber.az yerli mətbuata istinadla xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka bildirib.


Baş prokuror deyib ki, artıq cinayət işi açılıb və istintaqı Ukrayna Təhlükəsizlik Xidməti aparacaq.


Qeyd edək ki, bu gün Baş nazir A.Qonçaruk vəzifəsindən istefa verdiyini bəyan edib. Bir neçə gün öncə sosial şəbəkələrdə onun iştirakı ilə keçirilən müşavirənin gizli səs yazısı yayılıb. Səs yazısında A.Qonçaruk iqtisadiyyatda naşı olduğunu etiraf edib. Onun müşavirədə ölkə Prezidenti haqqında da fikirləri birmənalı qarşılanmayıb. Nazirlər Kabineti isə rəsmən qalmaqallı səs yazısının saxta olduğunu açıqlayıb.


Bundan sonra Qonçaruk istefa ərizəsi yazsa da, Prezident Vladimir Zelenski onun istefasını qəbul etməyib.

Xəbər lenti