Böyük Britaniya, Almaniya və Fransa ABŞ-ın "oyuncaqları”dır və etimada layiq deyil.
Trend-in məlumatına görə, bunu son səkkiz ildə ilk dəfə cümə namazına rəhbərlik edən İranın ali lideri Əli Xamneyi deyib.
Ali lider vurğulayıb ki, bu ölkələr heç nə etmir:
"Onlar yalnız ABŞ-ın maraqlarına xidmət edəcək. Onlar "oyuncaq”dır”.
Ə.Xamneyi bildirib ki, avropalılar İran xalqına güc gələ bilməyəcək.