Xəzər Xəbər

Öldürə-öldürə gəlir: Yeni virus yayılır

Dünya | 15:20 • 17 Yanvar 2020
Öldürə-öldürə gəlir:

Yeni növ koronavirusun qeydə alındığı Çinin Hubey əyalətinin Uxan şəhərində ikinci ölüm hadisəsi olub.

Məlumatda bundan əvvəlki ölüm faktının yanvarın 11-də qeydə alındığı bildirilib.

Şəhərdə yeni növ koronavirusla 41 yoluxma var. Onlardan 12 nəfəri artıq xəstəxanadan buraxılıb. Beş xəstənin vəziyyəti ağırdır, 2 nəfər ölüb, digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Həmçinin bildirilib ki, xəstələrlə yaxın təmasda olan 763 nəfərdən 644-ü tibbi nəzarətdən çıxarılıb, daha 119 nəfər isə hələ də tibbi nəzarətdədir./teleqraf

Xəbər lenti