Xəzər Xəbər

Pompeo da Berlinə yollanır Liviya müzakirəsi

Dünya | 15:05 • 17 Yanvar 2020
Pompeo da Berlinə yollanır

ABŞ Dövlət katibi Mayk Pompeo Liviyada böhranlı vəziyyətin həlli ilə bağlı Berlində təşkil ediləcək konfransda iştirak edəcək.

Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilib.

"Dövlət katibi yanvarın 19-da Berlinə yollanacaq. O, Almaniya və BMT-nin birgə təşkil etdiyi Liviya üzrə beynəlxalq konfransda iştirak edəcək”, - məlumatda bildirilib./axar.az

Xəbər lenti