Xəzər Xəbər

Medvedyev istefa verdiyi gün 127 milyard xərclədi

Dünya | 14:55 • 17 Yanvar 2020
Medvedyev istefa verdiyi gün 127 milyard xərclədi

Rusiya hökuməti 10510 "Lider” atom buzqıran gəmisinin inşası üçün 127 milyard rubl ayırıb.

Bununla bağlı sərəncam yanvarın 15-də Rusiyanın keçmiş baş naziri Dmitri Medvedyev tərəfindən istefasından az müddət əvvəl imzalanıb.

Buzqıran gəminin inşası "Rosatom” dövlət şirkəti tərəfindən aparılacaq. Gəminin 2027-ci ilə qədər hazır olması nəzərdə tutulur.

Qeyd edək ki, 10510 "Lider” layihəsi dünyanın ən güclü atom buzqıran gəmisi hesab olunur./axar.az

Xəbər lenti