Xəzər Xəbər

Sergey Lavrov jurnalistləri qaynar nöqtələrdə ehtiyatlı olmağa çağırıb

Dünya | 14:37 • 17 Yanvar 2020
Sergey Lavrov jurnalistləri qaynar nöqtələrdə ehtiyatlı olmağa çağırıb

Rusiya Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov Moskvada 2019-cu ilin yekunlarına dair mətbuat konfransında bildirib ki, rusiyalı jurnalistlərin Mərkəzi Afrika Respublikasında (MAR) qətlə yetirilməsi məsələsi ilə səlahiyyətli orqanlar məşğul olur.


AZƏRTAC xəbər verir ki, nazir MAR hüquq-mühafizə orqanlarının qətlə yetirilmiş jurnalistlərin şəxsi əşyalarını yandırmasından xəbərsiz olduğunu qeyd edib. Vurğulayıb ki, bu hadisə ilə əlaqədar Rusiyada cinayət işi açılıb və Rusiya Təhqiqat Komitəsi bu istiqamətdə araşdırma aparır. S.Lavrov jurnalistləri qaynar nöqtələrdə ehtiyatlı olmağa çağırıb.


Xatırladaq ki, 2018-ci ilin iyulunda üç Rusiya jurnalisti, o cümlədən Azərbaycan əsilli jurnalist Orxan Camal Mərkəzi Afrika Respublikasında qətlə yetirilib. Bu günlərdə yayılan məlumata görə, Rusiyada istintaq getsə də, MAR-da həmin jurnalistlərin şəxsi əşyaları yandırılıb.

Xəbər lenti