Xəzər Xəbər

Ötən il ölkədə 15 milyon uşaq doğuldu, 10 milyon nəfər öldü – Fantastik göstərici

Dünya | 14:51 • 17 Yanvar 2020
Ötən il ölkədə 15 milyon uşaq doğuldu, 10 milyon nəfər öldü

Honq Konq, Makao və Tayvan inzibati bölgələri istisna olmaqla, Çin əhalisi 2019-cu ilin sonunda 4.67 milyon nəfər artaraq 1.4 milyard nəfəri keçib.

Bu barədə Çin Dövlət Statistika Bürosu məlumat yayıb.

2019-cu ildə ölkədə 14.65 milyon yeni doğulmuş uşaq qeydə alınıb, doğuş səviyyəsi hər min nəfərə 10.48 nəfər olub. Həmin il Çində 9.98 milyon insan ölüb. Ölüm nisbəti hər min nəfərə 7.14 təşkil edib. Əhalinin təbii artımı hər min nəfərə 3.34 təşkil edib.

Çində kişilərin sayı 715.27 milyon, qadınlar isə 684.78 milyon nəfərdir. Son artımdan sonra ölkə əhalisinin ümumi sayı 1 milyard 400 milyon 50 min nəfərə çatıb.

2018-ci ildə Çin əhalisi 5.3 milyon nəfər artıb./teleqraf

Xəbər lenti

Çox oxunanlar