Xəzər Xəbər

Ərdoğanla İmamoğlu görüşəcək

Dünya | 12:25 • 17 Yanvar 2020
Ərdoğanla İmamoğlu görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yaxın zamanda görüşə bilər.

Bu barədə "Hürriyyət” qəzetinin Ankaradakı xüsusi müxbiri Hande Fırat öz məqaləsində yazıb.

Ağıllı Şəhərlər və Bələdiyyələr Toplantısında Ə.İmamoğlunun Ərdoğana şəxsən verdiyi 4 səhifəlik məktubun bəzi detallarını açıqlayan jurnalist bildirib ki, Ərdoğanın məktubu cibinə qoymaması, aldıqdan dərhal sonra oxuması iki tərəf arasındakı gərginliyin azalmasına işarədir: "Məktubda "Melen anbarı”, şəhər xəstəxanasına gedən metro stansiyasının bağlanması və "Kanal İstanbul” layihəsi ilə bağlı mübahisələr yer alıb. Bələdiyyə sədri bu 3 məsələdə prezidentə yanlış məlumatlar verildiyini iddia edir. Həmçinin, nazirliklər və bürokratiyanın qarşısına qoyduğu maneələri aşmaq üçün prezidentdən görüş tələb edir. Ərdoğan məktubdakıları mütləq analiz edəcək. Görüş haqda razılıq versə, siyasi arenadakı atmosfer yumşalacaq”.

Qeyd edək ki, ötən il keçirilən bələdiyyə seçkilərindən sonra İmamoğlu Ərdoğanla ilk dəfə bir araya gələcək./publika.az

Xəbər lenti