Xəzər Xəbər

Daha 5 ölkə İrandan təzminat tələb etdi

Dünya | 11:14 • 17 Yanvar 2020
Daha 5 ölkə İrandan təzminat tələb etdi

Tehranda qəza zamanı həyatını itirən sərnişinlərin vətəndaşı olduğu ölkələrin hamısı İrandan təzminat tələb edib.

Anadolu agentliyi xəbər verir ki, Kanada, Böyük Britaniya, Hollandiya, İsveç və Əfqanıstanın Xarici İşlər nazirləri Londonda təşkil olunan toplantı zamanı belə qərar qəbul edib. Birgə bəyanatda Tehrandan bütün məsuliyyəti üzərinə götürməsi tələb olunub.

Bildirilib ki, hadisə beynəlxalq mütəxəssislər tərəfindən araşdırılmalıdır. Qeyd edək ki, Ukraynaya məxsus təyyarə İranın müdafiə sistemləri tərəfindən səhvən vurulub. Hadisə zamanı 176 nəfər həyatını itirib./publika.az

Xəbər lenti