Xəzər Xəbər

Ərdoğan SƏRT DANIŞDI: "Adımdan istifadə etməyin, məni və siyasəti..."

Dünya | 14:41 • 15 Yanvar 2020
Ərdoğan SƏRT DANIŞDI:

"Xarici oyunçu sayı və futbol qanunları məsələlərində mənim adımdan istifadə etməyin. Məni və siyasəti futbola qarışdırmayın”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan futbol funksionerləri ilə görüşündə səsləndirib.

Prezident klubların problemlərini öz aralarında danışıb həll etmələrini tövsiyə edib.

Qeyd edək ki, görüşdə Gənclər və İdman naziri Məhəmməd Məhərrəm Qəssaboğlu, Rabitə naziri Fəxrəddin Altun, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmir və Super Liqada mübarizə aparan 18 klubun prezidenti iştirak edib.

Klub prezidentləri isə öz növbələrində prezidentin Türkiyə futboluna dəstəyinə görə təşəkkürünü bildirib./publika.az

Xəbər lenti