Pakistanda güclü qar və uçqunlar nəticəsində ölənlərin sayı 93-ə çatıb.
Bu barədə "Daun” qəzeti məlumat yayıb.
Məlumata görə, 66 nəfər Azad Kəşmir regionunda ölüb. Bəlucistanda 20, Pəncabda isə 7 nəfər həlak olub. Yaralıların sayı isə 53-ə çatıb.
Rəsmi qurumlar ölənlərin sayının artacağını bildirirlər. Çünki Nilam vadisindəki bəzi rayonlarla güclü qar səbəbindən hələ də əlaqə yoxdur./axar.az