Xəzər Xəbər

Müsəlman ölkəsində qətliam: İbadət edənlər güllələndi

Dünya | 10:06 • 15 Yanvar 2020
Müsəlman ölkəsində qətliam:

Yəmənin Abyan vilayətindəki məsciddə qətliam törədilib.

Silahlının ibadət zamanı insanlara atəş açması nəticəsində azı 6 nəfər həyatını itirib. 10-a qədər yaralı var. Məlumata görə, ölənlər arasında hadisəni törədən şəxsin atası da var.

Polisin əməliyyatı nəticəsində silahlı nəzarətə götürülüb. Onun psixi problemləri olduğu deyilir. Bu üzdən hadisə terror aktı kimi dəyərləndirilmir./publika.az

Xəbər lenti

Çox oxunanlar