Xəzər Xəbər

Paşinyan ordudakı itkilər barədə ictimaiyyəti aldadır

Dünya | 14:30 • 13 Yanvar 2020
Paşinyan ordudakı itkilər barədə ictimaiyyəti aldadır

Ermənistanın baş nazir Nikol Paşinyan yanvarın 10-da "Facebook” səhifəsində Ermənistan ordusunda itkilər baxımından tarixi minimumun qeydə alındığını elan edib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, "Ermənistan ordusunda 2019-cu ildəkindən daha az itki olmayıb”, - deyə N.Paşinyan sosial şəbəkədə qeyd edib.

Helsinki Vətəndaş Assambleyası - Vanadzor (HCA) ofisi 2018-ci ildə rəsmi mənbələrə, kütləvi informasiya vasitələrinə və bəzi hallarda ölən hərbçilərin yaxınlarının da məlumatlarına əsaslanaraq, 1994-cü ildən bəri Ermənistan silahlı qüvvələrindəki itkilər barədə geniş hesabat dərc edib. Son on ildə Ermənistanda və Qarabağdakı silahlı birləşmələrdə hərbi və qeyri-döyüş itkilərinə dair məlumatlar araşdırıldıqda məlum olur ki, orduda itkilərin sayının ötənilkindən – 49 nəfərdən az qeydə alındığı illər də olub. Belə ki, 2013-cü ildə 31, 2014-cü ildə 45 ölüm faktı qeydə alınıb. Bunu "Faktların yoxlanılması” platforması yazıb.

Bundan başqa, hesabata görə 2000-ci illərin əvvəllərinin statistikası göstərir ki, 2003-2007-ci illərdə görünməmiş aşağı ölüm hadisəsi olub. Məlumatlar "Civilitas” Vəqfinin analitiki Tatul Hakobyan tərəfindən müxtəlif dövlət qurumlarının, həmçinin Helsinki Vətəndaş Assambleyası-Vanadzor ofisinin, Sülh Dialoq Təşkilatının, Razminfo xəbər saytının və digərlərinin məlumatları əsasında toplanıb. Tədqiqata görə, 2003-cü ildə 40, 2004-cü ildə 38, 2005-ci ildə 47, 2006-cı ildə 33 (hərbi prokurorluğa görə 36), 2007-ci ildə 31 (hərbi prokurorluqda 50) itki olub.

Bütün bunlar onu göstərir ki, baş nazir N.Paşinyan bir daha ictimaiyyətə yalan məlumat verməklə Ermənistan vətəndaşlarını aldadır (http://politik.am/pashinyani-suty-banakum-ardzanagrvats-zoheri-masin-zoheri-arumov-patmakan-minimum-exel-e-qocharyani-ev-sargsyani).

Xəbər lenti