Xəzər Xəbər

Ərdoğanla Putin bacardı: Haftar və Sərrac görüşür

Dünya | 13:48 • 13 Yanvar 2020
Ərdoğanla Putin bacardı: Haftar və Sərrac görüşür

Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Moskvaya gəlib.

Bu məlumatı "RİA Novosti” öz mənbələrinə istinadən yayıb.

Agentlik Liviya Milli Razılıq Hökumətinin sədri Fayez Sərracın da Moskvaya bu gün gələcəyini bildirib.

Tərəflər arasında görüş bu gün Moskvada keçiriləcək. Görüş Rusiya və Türkiyə XİN rəsmilərinin iştirakı ilə baş tutacaq. Ehtimal olunur ki, tərəflər atəşkəs müqaviləsi bağlayacaqlar.

Qeyd edək ki, görüş Rusiya və Türkiyə prezidentlərinin təşəbbüsü ilə keçiriləcək./axar.az

Xəbər lenti