Xəzər Xəbər

Rusiya və Türkiyənin XİN rəhbərləri Moskvada görüşəcəklər

Dünya | 12:44 • 13 Yanvar 2020
Rusiya və Türkiyənin XİN rəhbərləri Moskvada görüşəcəklər

Yanvarın 13-də Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ilə onun türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında görüş keçiriləcək.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, bu gün, həmçinin Rusiya və Türkiyənin Müdafiə nazirləri arasında danışıqların aparılması gözlənilir. Görüş və danışıqlarda Liviya, Suriya və Yaxın Şərqdəki mövcud vəziyyət müzakirə ediləcək.

Xəbər lenti