Xəzər Xəbər

Liviya vətəndaş müharibəsi ilə bağlı önəmli addım: Moskvada KRİTİK GÖRÜŞ

Dünya | 12:13 • 13 Yanvar 2020
Liviya vətəndaş müharibəsi ilə bağlı önəmli addım:

Liviya vətəndaş müharibəsinin tərəfləri olan Milli Barışıq Hökumətinin baş naziri Faiz əs-Sərrac və inqilabçı general Xəlifə Haftar bu gün Rusiyanın paytaxtı Moskvada görüşəcək.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Liviyada müharibənin başa çatması və atəşkəs əldə olunması üçün müzakirə aparılacaq.

Bundan başqa, Liviyada sülh və sabitliyi təmin etmək cəhdləri çərçivəsində Moskvada olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu və Müdafiə naziri Hulusi Akar rusiyalı həmkarları ilə bir araya gələcək./publika.az

Xəbər lenti