Xəzər Xəbər

İraqdan ABŞ-a qarşı daha bir gediş: S-400 alır

Dünya | 17:17 • 12 Yanvar 2020
İraqdan ABŞ-a qarşı daha bir gediş: S-400 alır

İraq Rusiya ilə S-400 zenit-raket komplekslərinin alınması barəsində danışıqlara başlayıb.

Bu barədə "Uol Strit Jurnal” iraqlı parlamentarilərə istinadla məlumat yayıb.

Məlumata görə, ABŞ-ın Yaxın Şərqdəki mövcudluğunu gücləndirə biləcəyindən narahat olan İraq hökuməti Rusiya S-400-lərinin alınması ilə bağlı danışıqları davam etdirmək qərarına gəlib.

İraq parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvünün sözlərinə görə, danışıqlar aparılsa da, hələ heç bir müqavilə imzalanmayıb.

Qeyd edək ki, bundan öncə İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı qərar qəbul edib./axar.az

Xəbər lenti