Xəzər Xəbər

ABŞ səudiyyəli hərbçiləri ölkədən çıxarır

Dünya | 15:48 • 12 Yanvar 2020
ABŞ səudiyyəli hərbçiləri ölkədən çıxarır

ABŞ-da hərbi hazırlıq keçən Səudiyyə Ərəbistanının onlarla hərbçisi Florida ştatındakı hərbi bazada baş verən atışmadan sonra ölkədən çıxarılacaq.

Axar.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Kanal həmin hərbçilərin sözügedən atışmanın iştirakçısı ilə əlaqəli olmadıqlarını bildirib. Amma qeyd edilib ki, həmin şəxslərin bəziləri ekstremist qruplaşmalarla əlaqədə olmaqda, uşaq pornoqrafiyası saxlamaqda ittiham olunurlar.

FTB və ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayında Florida ştatındakı hərbi bazada baş verən atışma nəticəsində dörd nəfər ölmüş, səkkiz nəfər yaralanmışdı. Atəş açan şəxs hərbi bazada təlim keçmiş Məhəmməd Səid əl-Şamrani adlı səudiyyəli əsgər idi.

Xəbər lenti