Xəzər Xəbər

Trampdan dəstək mesajı: Cəsur iranlılar…

Dünya | 15:43 • 12 Yanvar 2020
Trampdan dəstək mesajı: Cəsur iranlılar…

ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında İrandakı etirazçılara fars dilində dəstək verib.

XəzərXəbər Report-a istinadla xəbər verir ki, Tramp etiraçıları dəstəklədiyini bildirib:

"Uzun müddətdir əziyyət çəkən, amma cəsur iranlılar: Prezident olduğum gündən sizinləyəm və mənim administrasiyam sizinlə birlikdə olmağa davam edəcək. Etirazınızı çox diqqətlə izləyirik və cəsarətinizdən ilham alırıq”, - deyə, fars dilində yazıb.

ABŞ Prezidentinin fikrincə, İran hökuməti insan haqları qruplarına etiraz aksiyalarının baş verdiyi yerləri izləməyə mane olmamalı və daxil olan faktları açıqlamağa icazə verməlidirlər: "Nə internetin kəsilməsi, nə də dinc nümayişçilərə qarşı növbəti qırğın baş verə bilər. Dünya seyr edir”.

Xəbər lenti