Xəzər Xəbər

Təyyarə qəzasında ölənlərin ailələrinə ediləcək YARDIM AÇIQLANDI

Dünya | 12:51 • 12 Yanvar 2020
Təyyarə qəzasında ölənlərin ailələrinə ediləcək

Ukraynanın baş naziri Aleksey Qonçaruk İranda təyyarə qəzasında ölən ukraynalıların ailələrinə 8,3 min dollar ödəniləcəyini bildirib.

Bu barədə Baş nazir özünün "Facebook” səhifəsində yazıb.

O əlavə edib ki, "Ukrayna Beynəlxalq Hava Yolları” faciədə ölən ekipaj üzvlərinin ailələrinə pul ödəyəcək:

"Nəzarət edəcəyik ki, hər bir həlak olanın ailəsinə Montreal Konvensiyasında nəzərdə tutulmuş sığorta ödənişi verilsin. Ədalətin bərpası üçün təyyarə qəzasında ölənlərin ailələrinə məhkəmə iddiaları, digər şikayət və ifadələrinin hazırlanmasında hüquqi dəstək verməyə də hazırıq"./publika.az

Xəbər lenti