Xəzər Xəbər

Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb

Dünya | 12:44 • 12 Yanvar 2020
Ermənistanda “donuz qripi”ndən ölüm halı qeydə alınıb

Ermənistanda H1N1 tipli "A” qripindən ("donuz qripi") ölüm halı qeydə alınıb.

Ermənistan KİV-i xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb:

"Dünən qripdən ölüm hadisəsi qeydə alınıb. Laborator tədqiqatlar nəticəsində A / H1N1 virusunun bir alt növü təsdiqlənib. Həmin şəxs xəstəliyin 10-cu günündə boğulma ilə həddindən artıq ağır vəziyyətdə həkimlərə müraciət edib”./publika.az

Xəbər lenti