Xəzər Xəbər

Avstraliyanın məhv edəcəyi dəvələrlə bağlı Türkiyədən UNİKAL TƏKLİF

Dünya | 12:03 • 12 Yanvar 2020
Avstraliyanın məhv edəcəyi dəvələrlə bağlı

Avstraliyada aylardır davam edən meşə yanğınları qitənin minlərlə canlı növünü məhvolma təhlükəsi ilə üz-üzə qoyub.

Ölkədəki radikal-sağçı hökumət 10 min dəvənitələf etməyə qərar verib.

Səbəb isə dəvələrin çox su içməsidir.

Hökumət iddia edir ki, dəvələr sudan çox istifadə edir və bu, yanğınların söndürülməsinə əngəl olur.

Dünya bu prosesləri kədərlə izləyərkən, Türkiyədən Avstraliyaya dəvələrlə bağlı təklif gedib. Belə ki, Humanitar Yardım Vəqfi dəvələrin ətini konserv edərək yardıma möhtac insanlara çatdırılmasını təklif edib.

Vəqf bu məsələdə Avstraliyadakı səfirlik vasitəsilə hökumətə müraciət etdiklərini bildirib. Hazırda Avstraliya hökumətinin cavabı gözlənilir./publika.az

Xəbər lenti