Xəzər Xəbər

Britaniya hökuməti Brexit sazişini yeni ilədək parlamentin müzakirəsinə çıxarmaq istəyir

Dünya | 17:58 • 16 Dekabr 2019
Britaniya hökuməti Brexit sazişini yeni ilədək parlamentin müzakirəsinə çıxarmaq istəyir

Brexit prosesinin həyata keçirilməsi barədə qanun layihəsinin dekabrın 20-də Britaniya parlamentinin İcmalar palatasının yeni heyətinin müzakirəsinə çıxarılması planlaşdırılır.


Xezerxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Consonun rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, Nazirlər Kabineti Brexit prosesi baş tutduqdan sonra Krallığın Avropa İttifaqı ilə uzun vədəli iqtisadi əməkdaşlıq şərtləri barədə razılığa gələcəyinə inanır. Boris Conson Aİ ilə 2016-cı ildə ittifaqla Kanada arasında imzalanan razılaşma prinsiplərinə əsaslanan ticarət sazişi imzalamaq niyyətindədir.


Qeyd edək ki, İcmalar palatası dekabrın 17-də yenilənmiş heyətlə işinə başlayacaq. Conson hökumətinin üzvləri dəfələrlə Brexit barədə lazım olan qanunları tez bir zamanda parlamentdə təsdiq etməyə çalışacaqlarını bildiriblər. Siyasi şərhçilər bunun üçün parlamentin "Yeni il” tətillərinin müddətinin qısaldılacağını və bazar günlərinə əlavə iclasların təyin olunacağını ehtimal edirlər.

Xəbər lenti