Xəzər Xəbər

Gürcüstan avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb

Dünya | 16:44 • 16 Dekabr 2019
Gürcüstan avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb

Cari ilin yanvar-noyabr aylarında Gürcüstan 992,6 min ton yanacaq idxal edib. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 1,6 min ton və ya 0,2 faiz çoxdur.

Bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyi məlumat yayıb. Bildirilir ki, idxal olunmuş neft məhsullarının 501,9 min tonu benzin, 490,7 min tonu isə dizel yanacağı olub.

Hesabat dövründə Gürcüstanın idxal etdiyi yanacağın 145,7 min tonu Azərbaycanın payına düşüb. On bir ayda Gürcüstan idxal etdiyi avtomobil yanacağının 14,7 faizini Azərbaycandan alıb.

Hesabat dövründə Gürcüstan benzin və dizel yanacağını ən çox Rusiyadan (297,6 min ton) alıb. Gürcüstan, eyni zamanda, Rumıniyadan 276,6 min ton, Türkmənistandan 111,1 min ton, Bolqarıstandan 85,5 min ton, Yunanıstandan 55,3 min ton, Türkiyədən isə 19,3 min ton yanacaq idxal edib.

Xəbər lenti