Xəzər Xəbər

Ölkəni qorxu bürüdü: 35-dən çox qız yoxa çıxdı

Dünya | 13:04 • 16 Dekabr 2019
Ölkəni qorxu bürüdü:

Yəmənin paytaxtı Səna şəhərində 35-dən çox gənc qız qaçırılıb.

Bu barədə Yəmən İnsan Hüquqları Təşkilatı bəyanat yayıb.

Bəyanatda qızların məktəb və küçələrdən qaçırıldığı qeyd edilib:

"Təhlükəsizlik səbəbi ilə hadisə şahidlərinin adlarını açıqlamırıq. Amma bizə məlumdur ki, son vaxtlar Sənadakı məktəb və küçələrdən 35-dən çox qız qaçırılıb. Onların harada olması haqda məlumat yoxdur".

Bu məlumat ölkədə böyük narahatlıqla qarşılanıb. Təşkilat beynəlxalq aləmi məsələ ilə bağlı tədbir görməyə çağırıb./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti