Xəzər Xəbər

Hindistanda da müsəlmanlar əzilir: 60 nəfər yaralandı

Dünya | 12:55 • 16 Dekabr 2019
Hindistanda da müsəlmanlar əzilir:

Hindistanın paytaxtı Nyu Dehlidə asayiş keşikçiləri ilə tələbələr arasında baş vermiş qarşıdurmalar nəticəsində 60 nəfər, o cümlədən polis əməkdaşları xəsarət alıb.

Bu barədə "Hindistan Tayms” qəzeti məlumat yayıb.

Məlumata əsasən, şəhərdəki iğtişaşların episentri əksəriyyəti müsəlman olan tələbələrin təhsil aldığı Camiya Milliya İslamiya Universiteti olub. Son üç gün ərzində bu təhsil müəssisəsində vətəndaşlıq haqqında qanuna etiraz olaraq dinc nümayişlər keçirilir.

Qeyd edək ki, ötən həftənin sonu qüvvəyə minmiş qalmaqallı düzəlişlərə əsasən Cənubi Asiyanın qonşu ölkələrindən (Əfqanıstan, Pakistan və Banqladeş) olan və təzyiqə məruz qalan qeyri-müsəlmanlar üçün Hindistan vətəndaşlığının alınması prosesi sadələşdirilib ki, bu da Hindistan müsəlmanlarının narazılığına səbəb olub./axar.az

Xəbər lenti