Xəzər Xəbər

Türkiyə o ölkəyə qoşun yeridə bilər Düymə basıldı

Dünya | 12:39 • 16 Dekabr 2019
Türkiyə o ölkəyə qoşun yeridə bilər

Liviya ilə təhlükəsizlik və hərbi əməkdaşlıq haqqında razılaşma Türkiyə Böyük Millət Məclisinə daxil olub.

Bu razılaşmanın parlamentdə ratfikasiya edilməsi Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi üçün hüquqi təməl rolunu oynayacaq.

Razılaşmaya əsasən, Liviya hökumətindən tələb daxil olduğu halda Türkiyə bu ölkəyə hərbçilər göndərməlidir. Rəsmi Ankara Liviyadakı milli barış hökumətini müdafiə edəcəyini gizlətmir.

Diqqqət çəkən məqam odur ki, Liviya ilə hərbi razılaşma müdafiə naziri Hulusi Akarın Liviya milli barış hökumətinin başçısı Fayiz əs-Sərracla Dohada görüşündən dərhal sonra parlamentə daxil olub.

Hazırda bir neçə ərəb dövləti Liviyada marşal Haftarın hakimiyyətə gəlməsinə açıq dəstək verirlər./teleqraf


Xəbər lenti