ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Yupiter planetində nəhəng qasırğa kəşf edib.
Alimlər qasırğanı "Yuno” kosmik gəmisinə kritik manevr etdirməyə çalışarkən təsadüfən görüb.
Qasırğanın ölçüsü ABŞ-ın Texas ştatı boydadır. Bu günə qədər Yupiterdə kəşf edilən 6 qasırğadan daha böyük olan bu tapıntı planetdə yeni hadisələrin baş verdiyinə işarə kimi şərh edilir.
Qasırğanın 300-ə yaxın yaşı olduğu bildirilir.
Qeyd edək ki, "Yuno” kosmik gəmisi 5 avqust 2011-ci ildə kosmosa göndərilmişdi. O, 4 iyul 2016-cı ildə Yupiterin orbitinə çatmışdı./publika.az