Böyük Britaniya kraliçası II Elizabet sosial media hesablarını idarə etmək üçün işçi axtarır.
Kraliça bu vakansiya üçün illik 50 min funt-sterlinq (115 min manata yaxın - müəl.) ayırıb.
"Kraliçanın ictimai aspektdə və dünya səhnəsindəki avatarının inkişaf etdirilməsinin yeni yollarını tapmaq üçün dayanmadan işləməsi lazımdır”-, iş elanında yazılıb.
Namizəddə axtarılan tələblər yenilikçi olmaq, qələm ustalığı və yaxşı redaktorluq, fərqli qruplar, məqsədlər və formatlar üçün rəqəmsal məzmun yarada biləcək mütəxəssisliyə sahib olmaqdır.
Vakansiya dekabrın 24-dək aktiv olacaq./publika.az