Xəzər Xəbər

İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlığa hazırdır

Dünya | 14:23 • 14 Dekabr 2019
İran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlığa hazırdır

İran Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün əməkdaşlıq etməyə hazırdır.


Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi Təbrizdə keçirilən mətbuat konfransında deyib.


Nazirlik rəsmisi deyib ki, İranın Dağlıq Qarabağ münaqişəsi barədə mövqeyi aydındır: "İran dəfələrlə mövcud beynəlxalq qaydalar və qətnamələr çərçivəsində mövqeyini elan edib”.


Ermənistanın Araz çayını çirkləndirməsinə münasibət bildirən iranlı diplomat deyib ki, Araz çayının çirklənməsi məsələsini araşdırılır və onun nəticəsi elan olunacaq.


A.Musəvi əlavə edib ki, Azərbaycan regional proseslərdə önəmli və İrana dost ölkələrdən biridir.


Nazirlik rəsmisi əlavə edib ki, iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin yollarından biri vətəndaşların səfəri ilə əlaqədar maneələrin azaldılmasıdır.


XİN rəsmisi qeyd edib ki, Naxçıvan Muxtar Respublikası İran vətəndaşlarına vizanı ləğv edib və bunun bütün Azərbaycana şamil olunması üçün müzakirələr davam edir.


Onun sözlərinə görə, Təbriz şəhəri qonşu ölkələrlə ticarət münasibətlərində qütbə çevrilə bilər. (Trend)



Xəbər lenti