Xəzər Xəbər

Əfqanıstanda taliblər doqquz əsgəri öldürüb

Dünya | 14:25 • 14 Dekabr 2019
Əfqanıstanda taliblər doqquz əsgəri öldürüb

Əfqanıstanda döyüşlər nəticəsində hökumət qüvvələrinin doqquz hərbçisi həlak olub.


Xezerxeber.az xəbər verir ki, bu barədə məlumat Əfqanıstan Müdafiə Nazirliyinin rəsmi "Twitter” səhifəsində yerləşdirilib. Məlumata əsasən, döyüşlər Qəzni əyalətinin Qarabağ dairəsində baş verib. Hücumun məsuliyyətini "Taliban” hərəkatı üzərinə götürüb.


Yerli mətbuat ölənlərin sayının daha çox olduğunu iddia edir. Məsələn, 1TV telekanalı döyüşlər nəticəsində 25 hərbçinin həlak olduğu barədə məlumat yayıb.


Əfqanıstanda hökumət qüvvələri ilə kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən "Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkə ərazisində İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə silahlı qruplaşmalara qarşı bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.

Xəbər lenti