Xəzər Xəbər

Tramp üçün SON SAATLAR: qəbul edilərsə...

Dünya | 15:11 • 13 Dekabr 2019
Tramp üçün SON SAATLAR:

ABŞ prezidenti Donald Trampın impiçmenti Nümayəndələr Palatasının Ədliyyə Komitəsində davam edir.

Ötən gün yerli vaxtla saat 09:00-da başlanan prosesdə Tramp vəzifəsindən sui-istifadə və Konqresin işinə mane olmaq müəddaları ilə ittiham olunur.

Komitə bu ittihamları qəbul edərsə, impiçment işinin dosyesi hazırlanacaq.

Prosesin bu qədər zaman almasının səbəbi respublikaçıların dosyedə dəyişiklik etmək istəməsidir.

Qeyd edək ki, Donald Tramp 2020-ci seçkilərində rəqibi olan Co Baydenin oğlunun Ukraynadakı fəaliyyətinin araşdırılması üçün prezident Vladimir Zelenskiyə təzyiq göstərməkdə günahlandırılır. Konqres bu iddiaları sübut edə bilsə, Tramp vəzifəsindən uzaqlaşdırılacaq./publika.az

Xəbər lenti