Xəzər Xəbər

İnanılmaz QƏRAR QƏBUL EDİLDİ: bunu edənlər 8 min manat CƏRİMƏLƏNƏCƏK

Dünya | 14:51 • 13 Dekabr 2019
İnanılmaz QƏRAR QƏBUL EDİLDİ:

Yaponiyanın Kavasaki şəhərində "gəldikləri yerə geri qayıtsınlar” sözünü işlətmək cinayət hesab olunacaq.

"Kyodo” xəbər verir ki, bu barədə şəhər şurası qərar qəbul edib.

Başqa ölkə və bölgələrdən gələn insanlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün qəbul edilən qərar çərçivəsində "gəldikləri yerə geri qayıtsınlar” sözünü işlədənlər, irqçi həqarətlər edən, onları insandan fərqli nəsnələrə bənzədən və hücum edənlər 500 min yen (təxminən 8 min manat) cərimə ödəməli olacaq.

Qeyd edək ki, Kavasaki şəhərində 1,5 milyon koreyalı yaşayır./Publika.az

Xəbər lenti