Xəzər Xəbər

Tramp Boris Consonu seçkilərdə qələbə münasibətilə təbrik edib

Dünya | 11:04 • 13 Dekabr 2019
Tramp Boris Consonu seçkilərdə qələbə münasibətilə təbrik edib

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş Naziri Boris Consonu sədrlik etdiyi partiyanın növbədənkənar parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.


Bu barədə D. Tramp "Twitter”də bildirib.


"Boris Consonu böyük qələbə münasibətilə təbrik edirəm. "Brexit"dən sonra Böyük Britaniya və ABŞ yeni ticarət razılaşmasını əldə etməkdə sərbəst olacaq. Bu razılaşma Avropa İttifaqı ilə birgə əldə edilə biləcək hər hansı razılaşmadan daha böyük və daha gəlirli olacaq. Bunu qeyd et, Boris!", - deyə ABŞ Prezidenti qeyd edib.

Xatırladaq ki, dekabrın 12-də Böyük Britaniyada növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, Mühafizəkarlar Partiyası qələbə qazanıb.

Xəbər lenti