Xəzər Xəbər

3344 ölü, 7 min yaralı BMT AYAĞA QALXDI

Dünya | 16:38 • 12 Dekabr 2019
3344 ölü, 7 min yaralı

BMT Donbas münaqişəsinin gedişatında 3344 dinc sakinin ölümü barədə məlumat yayıb.

BMT-nin Ukraynadakı insan hüquqları üzrə missiyasının rəhbəri Matilda Boqner brifinqdəki çıxışı zamanı Donbasda müharibənin başlamasından indiyədək 7 min insanın yaralandığını bildirib:

"Qurbanların sayı getdikcə artır. 2014-cü ilin apreli ilə müqayisədə böyük fərq var. Bu ilin əvvəlindən 15 noyabra kimi 26 dinc sakin həyatını itirib. 136 nəfər isə yaralanıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə 40% azalma var. 2020-ci ildə müharibə qurbanlarının olmayacağına ümid etmək istərdim"./publika.az

Xəbər lenti