Xəzər Xəbər

Əfqanıstan müharibəsinin GERÇƏK ÜZÜ: 3 prezidentin yalanı belə ortaya çıxdı

Dünya | 13:53 • 11 Dekabr 2019
Əfqanıstan müharibəsinin GERÇƏK ÜZÜ:

ABŞ Əfqanıstandakı müharibə üçün 1 trilyon dollar xərcləyib.

Bu, Əfqanıstanın Yenidənqurma üzrə Xüsusi Müfəttiş İdarəsinin (SİGAR) "Lessons Learned” (Öyrənilmiş dərslər) layihəsi çərçivəsində toplanan və 3 illik hüquqi prosesdən sonra "Vaşinqton Post” tərəfindən yayımlanan müsahibə mətnlərində yer alıb.

Məqalədə müharibə zamanı Əfqanıstanda xidmət edən 2 min 300 amerikalı əsgərin öldüyü, 20 mindən çoxunun yaralandığı qeyd olunub. Həmçinin, on minlərlə əfqanın müharibəyə qurban getdiyi bildirilib.

ABŞ-ın 18 ildir Əfqanıstana daxil olaraq törətdiyi müharibə haqqında səlahiyyətli şəxslərin verdiyi müsahibələr, onların ABŞ xalqına bitməyən savaş haqqında daim yalan söylədiyini ortaya qoyub. Belə ki, SIGAR-ın sədri Con Sopko "ABŞ xalqına daim yalan söyləyiblər” ifadələrini işlədib.

Sənədlərdə yer alan iki ayrı şəxsin iddiasına görə, amerikalı səlahiyyətli şəxslər müharibəni onların xeyrinə başa çatmış kimi göstərmək üçün statistikaları manipulyasiya edib. Sənədərdə ABŞ prezidenti Corc Buş, Barak Obama və Donald Trampın müharibədəki vəziyyəti şişirdərək xalqa çatdırdığı qeyd edilib.

ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmisi 2016-cı ildə verdiyi müsahibədə bu ifadələri işlədib: "Doğru ölçülər yaratmaq mümkün deyildi. Təlim görən əsgərlər, zorakılıq səviyyəsi, nəzarət edilən bölgələrə dair ölçü yaratmaq istədik. Amma heç biri vəziyyətin reallığını əks etdirmirdi. Ölçülər müharibə zamanı daim manipulyasiya edildi”./publika.az

Xəbər lenti