Xəzər Xəbər

Sergey Lavrov ilə Mayk Pompeo Suriyadakı vəziyyəti müzakirə ediblər

Dünya | 09:20 • 11 Dekabr 2019
Sergey Lavrov ilə Mayk Pompeo Suriyadakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi Mayk Pompeo və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında görüş keçirilib.


Xezerxeber.az xəbər verir ki, görüşdə tərəflər Suriyadakı vəziyyətin nizamlanmasını müzakirə ediblər.


Sonra birgə keçirilən mətbuat konfransında M.Pompeo söyləyib: "Suriyada BMT-nin 2254 saylı qətnaməsinin tətbiq edilməsi üzərində işləyirik. Suriyada hərbi həll yolunun olmadığını hesab edirik və bura terrorçu qruplar və İŞİD üçün sığınacağa çevrilməməlidir”.

Xəbər lenti