Xəzər Xəbər

Tramp milyarderlə çəkişmədə Məhkəməyə müraciət edildi

Dünya | 16:15 • 10 Dekabr 2019
Tramp milyarderlə çəkişmədə

ABŞ-ın onlayn ticarət şirkəti olan "Amazon” Donald Trampı Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən "Microsoft”a verilən 10 milyard dollarlıq tenderə təzyiq göstərməkdə günahlandırıb.

"Amazon” ABŞ Federal Məhkəməsinə verdiyi ərizədə Trampın "Vaşinqton Post”un sahibi Ceff Bezosa zərər vermək və şirkətin tender təklifini baltalamaq üçün ictimaiyyəti açıq və gizli təhdid etdiyini iddia edib.

Ərizədə bundan başqa: "Əsas sual ABŞ prezidentinin Müdafiə Nazirliyinin büdcəsinin, fərdi və siyasi məqsədlərini davam etdirmək üçün istifadəyə icazə verilib-verilməməsidir" ifadəsi qeyd olunub.

Ərizədə "Microsoft”a verilən 10 milyard dollarlıq tenderin təkrar nəzərdən keçirilməsi üçün çağırış edilib.

Pentaqon sözçüsü Elisa Smit "Amazon”un iddiaları ilə bağlı açıqlama vermək istəmədiyini və tenderi qazanan şirkətin hər hansı təsir altında qalmadan, mütəxəssis qruplar tərəfindən seçildiyini deyib.

Xəbər lenti