Xəzər Xəbər

Yaxın Şərqdə güc savaşı: ABŞ geri çəkilir – İran və Rusiyaya qalan meydan

Dünya | 15:24 • 10 Dekabr 2019
Yaxın Şərqdə güc savaşı: ABŞ geri çəkilir

"Amerikanın Yaxın Şərqdən getməsi, yalnız İran və Rusiyaya fayda verəcək”.

Bunu ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni deyib.

Keçmiş vitse-prezident ABŞ Prezidenti Donald Trampı İranla nüvə sazişindən imtina etdiyinə görə dəstəklədiyini bildirib, amma bununla belə onun Yaxın Şərqlə bağlı qərarlarının ölkəsinin əleyhinə olduğunu vurğulayıb:

"Rusiya güc boşluğunu doldurmaq üçün hər zaman gözləyir. Məhz belə oldu, ABŞ Suriyanın şimalından çıxandan sonra Rusiya qoşunları bu bölgəyə girdi”.

Onun sözlərinə görə, "Əl Qaidə” və İŞİD kimi ekstremist qruplaşmaların çağırışları göstərir ki, hərəkətsizlik hərəkətlərdən daha böyük risklərə də gətirə bilər:

"Hələ də Yaxın Şərqdə bəzi təhlükəli qüvvələr qalır, habelə bu bölgəyə kənar təsirlər də güclüdür”./teleqraf

Xəbər lenti