Xəzər Xəbər

Ağ Evdə KRİTİK GÖRÜŞ: dünyanın gözü ora dikildi

Dünya | 14:16 • 10 Dekabr 2019
Ağ Evdə KRİTİK GÖRÜŞ:

Bu gün Ağ Evdə kritik görüş keçiriləcək.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın qonağı olacaq.

ABŞ mətbuatının ali səlahiyyətli rəsmilərə istinadən verdiyi məlumata görə, görüşə Dövlət Departamentinin rəhbəri Mayk Pompeo da qatılacaq.

Toplantının gündəmi ölkələrarası münasibətlər olacaq.

Qeyd edək ki, Donald Trampın impiçmenti hələ tamamlanmayıb. Belə vəziyyətdə Lavrovun Vaşinqtona səfəri diqqət çəkir./publika.az

Xəbər lenti