Xəzər Xəbər

Bryanskda Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlı əsgərin dəfn mərasimi keçirilib

Dünya | 11:34 • 10 Dekabr 2019
Bryanskda Böyük Vətən müharibəsində həlak olmuş azərbaycanlı əsgərin dəfn mərasimi keçirilib

Rusiyanın Bryansk vilayətində azərbaycanlı əsgər dəfn edilib.


Bryansk vilayətində Böyük Vətən müharibəsi illərində Sovet Ordusunun tərkibində döyüşmüş Böyükağa Nuhu oğlu Mehdiyevin dəfn mərasimi keçirilib.


Azərbaycanlı əsgərin qalıqlarını sentyabrın 7-də axtarış dəstələrindən biri tərəfindən tapılıb. Soydaşımızın qalıqları ilə birlikdə "Qırmızı bayraq” ordeni, qaşıq və qazança da aşkar edilib.


Rusiya Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan məlumata görə, Böyükağa Mehdiyev 1941-ci ildə müharibəyə çağırılıb. O, Bryansk cəbhəsi ordusunun 413-cü atıcı diviziyasının 1312-ci alayının 2-ci batalyonunun 4-cü bölüyünün əsgəri olub və 1943-cü il sentyabrın 13-də döyüşlər zamanı həyatını itirib. (AZƏRTAC)

Xəbər lenti